Zərdab Rayonu "LM" Şadlıq Sarayının Fasad və İnteryer İşləri
A Construction şirkəti Zərdab rayonunun ən böyük və modern xidmət obyektlərindən biri olan "LM Şadlıq Sarayı" layihəsinin əsaslı yenidənqurma, eksteryer və interyer işlərini uğurla başa vurmuşdur. Layihə çərçivəsində binanın xarici cəbhəsi (fasadı) klassik və modern memarlıq üslublarının sintezi ilə tamamilə yenidən işlənmişdir. Fasad örtüyündə temperatur dəyişikliklərinə və rütubətə davamlı premium travertin, dekorativ gips elementləri və kompozit materiallardan istifadə olunmuşdur. Binanın əzəmətli görünüşünü vurğulamaq üçün xüsusi xarici cəbhə (led) işıqlandırma sistemləri layihələndirilmiş və quraşdırılmışdır. İnteryer hissəsində isə geniş zalların, qəbul otaqlarının və mətbəx sahələrinin yüksək akustika, izolyasiya və sənaye gigiyenası standartlarına cavab verən daxili premium təmir işləri icra edilərək obyekt tam hazır vəziyyətdə təhvil verilmişdir.