Zəngilan "Dost Agro Park" Kompleksinin Fasad və Təmir İşləri
A Construction şirkəti Zəngilan rayonunda icra olunan və regionun ən böyük aqro-sənaye mərkəzlərindən biri sayılan "Dost Agro Park" ağıllı kənd təsərrüfatı layihəsində eksteryer və interyer işlərini uğurla tamamlamışdır. Layihə çərçivəsində kompleksin inzibati idarəetmə mərkəzi, emal zavodları, heyvandarlıq kompleksləri və laboratoriya binalarının xarici cəbhə (fasad) işləri modern aqrar-memarlıq konsepsiyasına uyğun olaraq inşa edilmişdir. Binaların eksteryerində yüksək texnologiyalı ventilyasiya olunan fasad sistemləri, sendviç panellər və enerji səmərəliliyi təmin edən izolyasiya materialları tətbiq olunmuşdur. Eyni zamanda, daxili sahələrdə yüksək gigiyenik və sənaye standartlarına cavab verən premium təmir işləri aparılmış, texnoloji otaqlar və işçi personalın sahələri tam funksional vəziyyətdə təhvil verilmişdir.